...

Azərbaycan iqtisadiyyatı qonşu ölkələrlə müqayisədə daha az geriləməyə məruz qalıb - Komitə sədri

Maliyyə Materials 23 Dekabr 2020 11:18 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı qonşu ölkələrlə müqayisədə daha az geriləməyə məruz qalıb - Komitə sədri

Bakı. Elçin Mehdiyev - Trend:

Pandemiya səbəbindən 2020-ci ildə iqtisadiyyatda geriləmə baş verib. Bütün dünyada bu baş verib. Əsas məqsədimiz pandemiyadan daha az itkilərlə çıxmaq və növbəti illərdə daha sürətli inkişaf edən iqtisadiyyata nail olmaqdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib.

T.Mirkişili bildirib ki, Azərbaycanda iqtisadiyyat 4.3 faiz, qeyri-neft sektoru 2.9 faiz azalıb.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı qonşu ölkələrlə müqayisədə daha az geriləməyə məruz qalıb:

"Bu nəticəyə Azərbaycanda iqtisadi dəstək proqramının həyata keçirilməsi və digər tədbirlər sayəsində nail olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti