...

Dövlət Neft Fondundan büdcəyə transfertlər nəzərdə tutulduğundan az olub

Maliyyə Materials 12 Avqust 2022 20:36 (UTC +04:00)
Dövlət Neft Fondundan büdcəyə transfertlər nəzərdə tutulduğundan az olub

Bakı. Trend:

Dövlət büdcəsinə Dövlət Neft Fondu (DNF) transfertləri nəzərdə tutulduğundan az icra edilmiş, valyutaya azalan tələb fonunda AMB valyuta bazarına alışyönlü müdaxiləni həyata keçirmişdir.

Trend-in məlumatına görə, bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da bildirilir.

Qeyd edilir ki, dövlət büdcəsinin əsas gəlir mənbələrindən hesab edilən DNF transfertləri 73,1% icra edilib, bu mənbədən dövlət büdcəsinə 4648,0 mln. manat vəsait daxil olub. Həm valyuta bazarında valyutaya tələbin yüksək olmaması, həm də vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika DNF aktivlərindən qənaətlə istifadəyə imkan yaradıb. Cari ilin yanvar-iyun ayları ərzində DNF aktivləri 282 mln. ABŞ dolları artaraq 45306,8 mln. ABŞ dollarına yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti