Bakı. Trend:
Oktyabrın 10-u Amsterdamda dünyanın ən nüfuzlu beynəlxalq
maliyyə sərgi və konfransı olan “Sibos 2022” tədbiri start götürüb.
4 gün davam edəcək konfransın 9300-dən çox iştirakçısı arasında
Yelo Bank-ın nümayəndəliyi də var. Bankı tədbirdə İdarə Heyəti
sədrinin müavini Günay Cəlilova və sədr müşaviri Fəridə
Pirverdiyeva təmsil edirlər. Builki konfrans dəyişkən dünya üçün
proqressiv maliyyəyə həsr olunub.
Pandemiyadan sonra ilk dəfə canlı şəkildə təşkil olunan Sibos 2022
tədbirində 250-dən çox spiker maliyyə sektorunda baş verən
innovativ yeniliklər, qeyri-sabit zamanlarda uğur qazanılması və
davamlılığın qorunması və digər məsələlər ətrafında müzakirələr
aparacaq.
Yelo Bank-ın sədr müavini Günay Cəlilovanın sözlərinə görə Sibos
konfransı beynəlxalq maliyyə icması üçün xüsusi əhəmiyyət kəsb
edir: "Maliyyə sektoru sürətli dəyişir. Bu dəyişikliklərə
uyğunlaşan Yelo Bank da xidmət və məhsullarının, o cümlədən
filialların rəqəmsallaşması istiqamətində mühüm işlər görür. Belə
tədbiri dünyanın müxtəlif banklarının nümayəndələri ilə fikir
mübadiləsi aparmaq, işgüzar əlaqələr qurmaq, qlobal təcrübə
paylaşmaq baxımından çox əhəmiyyətli hesab edirik. Tədbirdə bir
sıra xarici maliyyə təşkilatlarının görüşlərinə qatıldıq. Bu
görüşlərdə maliyyə institutlarındakı innovativ trendlər, yeni
texnologiyalar, çağırışlar haqqında effektiv müzakirələr aparıb,
təcrübələrimizi bölüşdük. İnanıram ki, bu müzakirələr gələcək
fəaliyyətimizdə çox faydalı olacaq".
Bank xidmətləri, həmçinin, kredit
kalkulyatoru haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!