Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) 2023-cü ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) artımının 2,2 faiz olacağını gözləyir.
Trend xəbər verir ki, bankın məlumatlarına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,6 faiz olacaq.
Beləliklə, bank Azərbaycanda ÜDM-in orta illik artımının 2023-2024-cü illərdə 2,4 faiz səviyyəsində olacağını proqnozlaşdırır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz (80,096 milyard manatadək) artıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ilin hesabat dövründə qeyri-neft sektorunda əlavə dəyər 2022-ci ilin analoji dövrü ilə müqayisədə 2,6 faiz artıb, neft-qaz sektorunda isə 1,1 faiz azalıb.
ÜDM-nin strukturunda sənayenin payı qeyd olunan dövrdə 42,4 faiz olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ÜDM-nin strukturunda 9,5 faiz nəqliyyat vasitələrinin ticarəti və təmirinin, 6,2 faiz nəqliyyat və anbar təsərrüfatının, 4,8 faiz tikintinin, 6,1 faiz kənd, meşə təsərrüfatı və balıqçılığın, 2,4 faiz turizm sektorunun, 1,6 faiz informasiya və rabitə sahəsinin payına düşüb. ÜDM-in 17,6 faizi iqtisadiyyatın digər sektorlarının payına düşüb.
Qeyd olunan dövrdə idxal vergisindən xalis daxilolmalar ÜDM-in 9,4 faizini təşkil edib.
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin adambaşına düşən ÜDM 7 895 manat olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)