...

PAŞA Kapital bu il üzrə iddialı planlar müəyyənləşdirib - İdrə Heyətinin sədri

Maliyyə Materials 11 İyun 2024 16:08 (UTC +04:00)
PAŞA Kapital bu il üzrə iddialı planlar müəyyənləşdirib - İdrə Heyətinin sədri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

PAŞA Kapital bu il üzrə iddialı planlar müəyyənləşdirib.

Trend xəbər verir ki, bu barədə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev 2023-cü il üzrə fəaliyyətin yekunları və qarşıdakı dövr üzrə strateji planlara dair mətbuat konfransının kuluarlarında jurnalistlərə deyib.

"Şirkət bazara uğurla yeni məhsul çıxarmaq üçün fərdi investorların sayını artırmaq niyyətindədir. Mərkəzi Bank ilə birlikdə kapital bazarı üçün ixtisaslı kadrların hazırlanması üçün sertifikatlaşdırılmış mərkəzin yaradılması planlaşdırılır. Bundan başqa,PAŞA Kapital planlar çərçivəsində çoxsaylı maarifləndirici tədbirlər təşkil edəcək. PAŞA Kapital bazarın aparıcı iştirakçısı olaraq, yeni müştərilərin cəlb edilməsi və maliyyə bazarına uğurlu çıxışın təmin olunması üzərində fəal şəkildə işləyir", - deyə o vurğulayıb.

Qeyd edək ki, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2012-ci ilin iyun ayında yaradılıb. PAŞA Kapital müştərilərinə geniş spektrə malik xidmətlər, o cümlədən broker xidməti, konsaltinq və tədqiqat, anderraytinq, marjinal ticarət, konsultasiya xidmətləri, eləcə də digər yanaşı investisiya xidmətləri təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti