...

2026-cı ildə Azərbaycanda kreditləşmə səviyyəsi bu qədər artacaq

Maliyyə Materials 23 Yanvar 2026 14:55 (UTC +04:00)
2026-cı ildə Azərbaycanda kreditləşmə səviyyəsi bu qədər artacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“S&P Global Ratings” reytinq agentliyi 2026-cı ildə Azərbaycanda kreditləşmənin 2025-ci ilin göstəricilərinə uyğun olaraq təxminən 12% səviyyəsində artacağını proqnozlaşdırır.

Trend bu barədə nagentliyə istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, bu proqnoz neft qiymətlərinin aşağı düşəcəyi gözləntilərini əks etdirir:

“2021–2024-cü illər ərzində illik orta kredit artımı 18% təşkil edib”.

“Tarixən Azərbaycanda kredit artımı neft qiymətlərinin dinamikası ilə sıx şəkildə qarşılıqlı əlaqəli olub”, – reytinq agentliyinin son hesabatında bildirilir.

“S&P” analitiklərinin gözləntilərinə görə, mövcud inflyasiya nəzərə alındıqda 2026-cı ildə mənzil qiymətlərinin artımının 5–6%-a qədər yavaşlayacağı ehtimal olunur.

“Azərbaycanda özəl sektorun borc yükü tərəfdaş ölkələr arasında ən aşağı səviyyədə qalır: əhali borcunun ÜDM-ə nisbəti 15%, korporativ borcun nisbəti isə 11%-dir. 2024–2026-cı illər üçün Maliyyə sektorunun inkişaf strategiyasının həyata keçirilməsi tənzimləmə və nəzarətin gücləndirilməsinə yönəldilib”,- deyə hesabatda qeyd olunur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 dekabr 2025-ci il vəziyyətinə bankların kredit portfeli 29,68 milyard manat (17,46 milyard ABŞ dolları) təşkil edib. Bununla yanaşı, biznes kreditləri portfelin 53,2%-ni (15,8 milyard manat və ya 9,2 milyard dollar), istehlak kreditləri 31,4%-ni (9,3 milyard manat və ya 5,4 milyard dollar), ipoteka kreditləri isə 15,4%-ni (4,5 milyard manat və ya 2,6 milyard dollar) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti