...

İstilik effekti yaradan qazların emissiyasında pay sahibi olan kifayət qədər KOB fəaliyyət göstərir - Nazir

Yaşıl iqtisadiyyat Materials 9 Sentyabr 2024 10:51 (UTC +04:00)
İstilik effekti yaradan qazların emissiyasında pay sahibi olan kifayət qədər KOB fəaliyyət göstərir - Nazir
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkəmizdə bizneslərin təxminən 99 faizini KOB subyektləri təşkil edir.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, "yaşıl artım"ın və "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi böyük ölçüdə KOB-ların "yaşıl transformasiya"sından keçir.

“İstilik effekti yaradan qazların emissiyasında daha çox pay sahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatı kimi sektorlarda kifayət qədər KOB fəaliyyət göstərir. KOB-lar enerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrin tətbiqinə önəm verməsi rəqabət qabiliyyətini daha da artırır.

Dünya təcrübəsi də göstərir ki, KOB-lar çox vaxt təmiz texnologiyalar və biznes modellərində daha qabaqcıl olurlar. KOB-ların çevikliyi onlara yeni tendensiyalara tez uyğunlaşmağa və innovasiyaları mənimsəməyə imkan verir. KOB-lar bazardakı dəyişikliklərə və istehlakçı seçimlərinə çevik reaksiya verə bilir ki, bu da sürətlə trendə çevrilən yaşıl iqtisadiyyatda vacib amildir”, - deyə Mikayıl Cabbarov əlavə edib.

Nazir onu da əlavə edib ki, ənənəvi sənaye sahələrindən aslılığın azaldılmasında, “yaşıl həllər”in hazırlanmasında, iqtisadi diversifikasiyanın güclənməsində kiçik və orta sahibkarlığın xüsusi yeri var:

"KOB-ların yaşıl iqtisadiyyata töhfə verməsi üçün birinci olaraq enerji səmərəliliyinin təmin edilməsinin vacibliyi qeyd edilməlidir. Enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrindən istifadə yolu ilə enerji səmərəliliyinə nail olmaq mümkündür. İnsan resurslarının inkişafı, kadrların təkmilləşdirilməsi də əsas diqqət yetirilməli məqamlardandır.

Çünki innovasiyaları müasir bilik və bacarıqlara malik kadrlar tətbiq edə bilər. Tullantıların idarə edilməsi də bu kontekstdə önəmlidir. Tullantıların təkrar emalı, tullantı miqdarının azaldılması, ekoloji cəhətdən təmiz materiallardan istifadə edilməsi bu baxımdan önəm kəsb edir. Ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin hazırlanması və istehsalı da qeyd edilməlidir.

Zəruri tələblərdən biri isə sosial məsuliyyətdir. Ekoloji faktorların biznes fəaliyyətində daim nəzərə alınması, sosial layihələrdə iştirak etmək, bu sahədə təşəbbüslər göstərmək yeni dövrün sahibkarının əsas iş prinsiplərindən olmalıdır”.

Xəbər lenti

Xəbər lenti