...

MDB üzrə mobil rabitə bazarının həcmi 2008-ci ildə 11 milyard dolları ötə bilər

Telekommunikasiya Materials 18 Fevral 2008 16:23 (UTC +04:00)
MDB üzrə mobil rabitə bazarının həcmi 2008-ci ildə 11 milyard dolları ötə bilər

Azərbaycan, Bakı, 18 fevral/ Trend , müxbir S.Babayeva/ MForum Analytics-in məlumatına görə, 2008-ci ildə keçmiş SSRİ ölkələrində (RF istisna olmaqla) mobil rabitə bazarının həcmi$11,7 mlrd. -a çata bilər. Ukrayna, Belarus və Moldovanın bazarı $6,17 mlrd., Mərkəzi Asiya - $2,94 mlrd., Qafqaz - $1,31 mlrd. , Baltikanın isə -$1,25 mlrd. həcmində proqnozlaşdırılır.

2007-ci ilin yekunlarına görə, adı çəkilən regionlar üzrə mobil rabitə bazarı $10 mlrd. həddinə yaxınlaşıb və $9,8 mlrd. təşkil edib. MForum Analytics 2006-cı ilə nisbətən bazarın artım həcminin təxminən 30 faiz təşkil etdiyini bildirib.

Mobil rabitə bazarı həcminin maksimal artım tempi ötən il Mərkəzi Asiya bazarlarında (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan) müşahidə olunub - 2006-cı ilə nisbətən 61 faiz. Ən az artım tempi isə Baltika ölkələrində (Latviya, Litva, Estoniya) - 2006-cı ilə nisbətən 10 faiz müşahidə olunub. Bazarın ümumi həcminin strukturunda 2007-ci ildə $5,30 mlrd. Ukrayna, Belarus və Moldova (2006-cı ildə = $4,33 mlrd.), $2,26 mlrd. - Mərkəzi Asiya (2006-cı ildə = $1,41 mlrd.), $1,09 mlrd. - Qafqaz (2006-cı ildə= $0,79 mlrd.) və $1,17 mlrd. Baltika ölkələrinin (2006-cı ildə = $1,06 mlrd.) payına düşüb. Bu ölkələr üzrə bazarın həcminin artımında makroregionların payı aşağıdakı kimi müşahidə edilib: Ukrayna, Belarus və Moldova - 43 faiz, Mərkəzi Asiya - 38 faiz, Qafqaz - 14 faiz və Baltika - 5 faiz.

Xəbər lenti

Xəbər lenti