...

Azərbaycanın Milli Bankı informasiya təhlükəsizliyi standartının tətbiq edilməsi üzrə tender elan edib

Telekommunikasiya Materials 14 Aprel 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend / Azərbaycanın Milli Bankı (MB) ISO 27001 informasiya təhlükəsizliyi standartının tətbiq edilməsi üzrə açıq tender keçirəcək. Bu barədə Milli Bankın bazar ertəsi yayılan məlumatında bildirilir.

Tender proseduru mayın 30- da saat 15.00-da MB-da keçiriləcək.

2005-ci ildə qəbul olunan ISO 27001 standartı informasiya təhlükəsizliyi sahəsində yeganə dünya standartı hesab olunur.

Xəbər lenti

Xəbər lenti