Gürcüstan, Tbilisi, 08 may / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanın "Birləşmiş Telekom" rabitə operatoru və Azərbaycanın "Delta Telecom" şirkətləri magistral kanal vasitəsilə şəbəkələrini birləşdiriblər. Bu haqda "Gürcüstan Birləşmiş Telekom"-dan bildirilib.
Layihənin reallaşması ilə "Gürcüstan Birləşmiş Telekom" Azərbaycandan saniyədə 2,5 qiqabit əlavə internet gücü almaq imkanı olacaq.
"Gürcüstan Birləşmiş Telekom" və Türkiyənin "TurkTelekom" operatoru 2008-ci ilin mart ayında şəbəkələrini fibro-optik kabellərlə birləşdirərək, alternativ Avropa kanalı yaratmaq imkanı qazanıblar.
"Birləşmiş Telekom" SC ölkə ərazisi üzrə 350 min abonentə xidmət göstərərək, Gürcüstanda müəyyən edilmiş telefon rabitəsi bazarının təxminən 80 faizinə nəzarət edir. 2008-ci ilin sonlarınadək şirkət 40 faizə qədər Gürcüstan internet-bazarını tutmağı planlaşdırır.
Azərbaycanın peyk operatoru olan "Delta Telecom" "Eutelsat S.A." (Fransa) və "Hughes Network Systems" (ABŞ) şirkətlərinin Azərbaycandakı distirbütorudur.