...

"Intel" Direktorlar Şurasının sədri İT bazarının öyrənilməsi üçün Azərbaycana səfərə gəlib

Telekommunikasiya Materials 5 İyun 2008 13:32 (UTC +04:00)
"Intel" Direktorlar Şurasının sədri İT bazarının öyrənilməsi üçün Azərbaycana səfərə gəlib

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir S.Babayeva/ "İntel" Korporasiyası Azərbaycanda informasiya texnologiyalarının iqtisadiyyata və təhsilə təsirini öyrənməkdə maraqlıdır. Bu barədə cümə axşamı ilk dəfə Azərbaycana səfərə gələn "Intel" Korporasiyasının Direktorlar Şurasının sədri Kreyq Barrett bildirib.

" "İntel" bütün dünya üzrə informasiya texnologiyalarının tətbiq edilməsi ilə gənclərin təhsil səviyyəsinin yüksəldilməsində çox maraqlıdır", - deyə o bildirib.

Barrettin Bakıya səfəri çərçivəsində Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə "Məktəblərə - Mobil texnologiyaları"; "Intel" tərəfindən Azərbaycanda "Gələcək üçün təhsil" proqramının reallaşdırılmasının davam etdirilməsi, naqilsiz internet texnologiyalarının (Wi-Fi i Wi-Max) inkişaf layihələrinə dəstək barədə niyyət memorandumunun imzalanması planlaşdırılıb.

Sənəd həmçinin "Intel"in Azərbaycanda təhsil üzrə Dövlət Proqramı və ölkədə kompyuter və İnternet şəbəkəsindən istifadə səviyyəsinin qaldırılmasına informasiya və texniki dəstək göstərməsini də nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti