...

Rusiyanın aparıcı özəl media-holdinqi Azərbaycan bazarına çıxmaqda maraqlıdır

Telekommunikasiya Materials 30 İyul 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul/ Trend / Rusiyanın aparıcı özəl media-holdinqi "STS Media" Azərbaycan bazarına çıxmaqda maraqlıdır, - Holdinqin prezidenti Aleksandr Rodnyanski deyib. Bu barədə xarici mətbuat yazır.

Onun sözlərinə görə, şirkətin keçmiş Sovet İttifaqının ölkələrində, o cümlədən Azərbaycan, Belarus, Moldova və Gürcüstanda iştirakla bağlı planları var.

"Bu ölkələrdə (bazara çıxmaq üçün) real imkanlar var", - o deyib.

"STS Media" Rusiyada ən böyük müstəqil media şirkətidir. O, STS telekanalının sahibidir və onu idarə edir. Buraya şəbəkəsinə 350 tərəfdaş-stansiya, o cümlədən 21 şəxsi stansiya və şəbəkəsinə 230 tərəfdaş-stansiya daxil olan "Domaşni"telekanalı və 3 şəxsi stansiyası olan "DTV" telekanalı daxildir.

"STS Media"iki tele-istehsal şirkətinin - "Kostafilm"və "Soxo Media"nınsahibidir və Qazaxıstanda "31-ci kanal"ı və Özbəkistanda televiziya şirkətini idarə edir.

İlk yarımildə "STS Media"nın ümumi əməliyyat gəliri 2007-ci ilin birinci yarısı ilə müqayisədə 43,1  faiz yəni  309,5$ mln.-dək artıb.

Şirkət 2008 -ci ilin dekabrına $650-700 mln. məbləğində ümumi əməliyyat gəliri əldə etmək fikrindədir.

OIBDA üzrə rentabelliyin 42 faizdən 46 faizədək olacağı gözlənilir. Bu göstəricilərə gözlənilən gəlir və şirkətin Qazaxıstan və Ösbəkistanda, DTV Şirkətlər Qrupu və istehsalçı şirkətlərdən aldığı OIBDA göstəriciləri də daxildrir. Bütün bu şirkətlər 2008-ci ildə alınıb.

Xəbər lenti

Xəbər lenti