...

Azərbaycan rabitə sahəsində Regional Birliyin iclasında iştirak edib

Telekommunikasiya Materials 22 Avqust 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust/ Trend , müxbir S.Babayeva/ Azərbaycan rabitə iqtisadiyyatı sahəsində Regional Birliyin 22-ci iclasında iştirak edib. Cümə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, avqustun 19-20-də Minskdə keçirilmiş görüşdə nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev iştirak edib.

Komissiyanın görüşündə 2009-cu ilin planlarına, o cümlədən elmi-tədqiqat işlərinin siyahısına baxılıb. Rabitə iqtisadiyyatı sahəsində Regional Birliyə üzv ölkələrdə rabitə və informasiyalaşdırma strategiyasının inkişafı, operatorların müasir korporativ idarəetmə  üsullarından istifadə etməsi, yeni nəsil şəbəkəsinin kompleks xidmətlərinin tariflərinin formalaşdırılması prinsipləri və poçt rabitəsi xidməti üzrə təcrübə mübadiləsi aparılıb. İclasda müasir informasiya- kommunikasiya texnologiyaları bazasında göstərilən xidmətlərin keyfiyyətinin nizamlanmasının iqtisadi və normativ-hüquqi əsasları müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti