...

Bakıda "Kibernetika və informatikanın problemləri" beynəlxalq konfransı keçiriləcək

Telekommunikasiya Materials 8 Sentyabr 2008 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr/ Trend / Sentyabrın 10 - da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının 50 illiyinə həsr olunmuş "Kibernetika və informatikanın problemləri" II beynəlxalq konfransının açılışı və plenar iclası keçiriləcək.

Tədbirin təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzi, AMEA-nın Kibernetika İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Bakı Dövlət Universitetidir.

Konfransın işində dövlət idarələri, ölkənin alim və mütəxəssisləri, məşur əcnəbi alimlərin iştirakı gözlənilir.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da plenar iclasda iştirak edəcək.

Konfrans sentyabrın 12 - dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti