Azərbaycan, Gəncə, 24 sentyabr/ Trend , müxbirlər V.Məmmədv, S.Babayeva/ Azərbaycanın kompüter texnikası və avadanlığı istehsal edən "KUR Computers" şirkəti öz məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Şirkətin elmi - texniki mərkəzinin rəhbəri İlkin Süleymanovun verdiyi məlumata görə, hazırda "KUR Computers" şirkətinin nümayəndə heyəti Türkmənistanda səfərdədir və bu ölkəyə məhsul ixracının reallaşdırılması imkanlarını müzakirə edir.
Süleymanov danışıqların yekunu üzrə əhəmiyyətli dərəcədə məhsul partiyasının tədarükünə dair müqavilələrin imzalanma ehtimallarını istisna etməyib.
Əvvəllər "KUR Computers", Moldovanın "Clara SRL" şirkəti ilə imlazanan müqaviləyə əsasən, bu ölkəyə 30 kompüter ixrac edib.
Müəssisənin sutkalıq istehsal gücü 140 kompüterdir.
"KUR Computers" 2007 - ci ildə təqribən 12 min kompüter və eyni sayda telefon aparatı, 40 informasiya köşkü istehsal edib.
Şirkətin zavodu birgə müəssisə kimi fəaliyyət göstərir. Burada iştirak payının 51 faizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi simasında dövlətə, 36 faiz yerli SINAM şirkətinə,13 faiz özəl şəxslərə məxsusdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı - capital