...

CATEL Azərbaycanın Lənkəran və Astara rayonlarında CDMA xidmətləri göstərməyə başlayıb

Telekommunikasiya Materials 3 Oktyabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir S.Babayeva/ Azərbaycanda CDMA standartlı ilk mobil rabitə şirkəti olan Catel, cümə günü şəbəkəsinin əhatə dairəsinin ölkənin daha iki regionuna  genişləndiyini elan edib. Şirkətin məlumatında deyildiyinə görə, CDMA xidmətləri artıq Lənkəran və Astarada mümkündür.

Operatorun şəbəkəsinin bütün əhatə dairəsinə Abşeron yarımadası daxil olmaqla, Bakı, Səngəçal, Ələt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi və Nabran daxildir.

İlin sonunadək CATEL əhatə dairəsini Tovuz, Qazax, Ağsu, Quba və digər şəhər və rayonlara genişləndirməyi planlaşdırıb.

CATEL -in abonent bazası 30 təşkil edir. Onlardan 15 mini CDMA şəbəkəsinin abonentləridir.

Catel 1997-ci ildə yaradılıb, rəsmi olaraq isə 1999-cu ildə açılıb. Catel yerli telefon operatorlarından biri olmaqla, simsiz rabitə abonentlərinə "FH-CDMA" standartında, mobil rabitə abonentlərinə isə "3G CDMA" standartında simsiz rabitə xidmətləri təklif edir.

2007-ci ilin aprelində şirkət bazara CDMA2000 standartında mobil rabitə xidmətlərinin göstərilməsi üçün yeni FONEX brendini çıxarıb. 

Xəbər lenti

Xəbər lenti