...

Azərbaycanda internet xidmətləri üzrə qiymətlər regional səviyyədədir - Rabitə Nazirliyi

Telekommunikasiya Materials 6 Mart 2009 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend /

Azərbaycanda internet xidmətlər üzrə qiymətlər regional səviyyədədir. Bunu ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin regionda ADSL texnologiyalar vasitəsilə internetə qoşulma tariflərinin öyrənilməsi məqsədilə keçirdiyi monitorinqin nəticələri də göstərir.

Monitorinq Rabitə Nazirliyi (RN) kollegiyasının "İnternet-xidmətlər sektorunun mütəmadi monitorinqi və bazarın bu seqmentinin durumunun ictimaiyyətə çatdırılması haqda" qərarı əsasında keçirilib.

Birinci monitorinqin nəticələrinə görə, ADSL texnologiyalar vasitəsilə internetə qoşulmanın Azərbaycandakı orta qiyməti regiondakı orta qiymətlərə uyğun gəlir.

Azərbaycanda 1Mbit/s sürətli limitsiz aylıq paket 60-165 manat təşkil edir.

RN regionu nəzərə alaraq qeyd edir ki, Gürcüstanda eyni paket təxminən 140 manatdır (http://www.geonet.ge/rates.shtml).

Ukraynada bu rəqəm 30-130 manat arasında dəyişir (http://www.netassist.net.ua/node/41).

Belarusda - 240-380 manat;

Moldovada - 10- 135 manat (üstəgəl 35 manat qoşulma xərci);

Rusiyada regionlardan asılı olaraq - 12-135 manat;

Qazaxıstan - təxminən 120 manat;

Ermənistan - 1024/128 kbit/s sürətli aylıq limitsiz paket 80 manat;

Qırğzıstan - 128/128 kbit/s sürətli aylıq limitsiz paket 60 manat.

RN bundan sonra da monitorinqlər keçirərək onların nəticələrini ictimaiyyətə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti