...

Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu Cənubi Koreya ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Telekommunikasiya Materials 7 İyul 2009 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend /

Azərbaycanın Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Cənubi Koreya ilə informasiya texnologiyaları, atom enerjisi sahəsində, həmçinin bu sahədə kadrların hazırlanması üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bu barədə İTİ-nun məlumatında deyilir.

Bu yaxınlarda İTİ-nin Rəyasət Heyətinin Cənubi Koreyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq Çul ilə görüşü keçirilib. Görüş çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.

Görüş çərçivəsində səfir qeyd edib ki, Cənubi Koreya Azərbaycanla təhsil, elm və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. O, qeyd edib ki, qloballaşma prosesləri geniş vüsət aldığı bir dövrdə əməkdaşlığın yeni istiqamətinin müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. O, həmçinin qeyd edib ki, informasiya texnologiyaları və atom enerjisi prioritet sahələrdir. Səfir Azərbaycanda atom elektrik stansiyasının inşası məsələsinə də toxunub. O, qeyd edib ki, Koreya atom raketi istehsalı üzrə dünya ölkələri sırasında birinci yerdədir. Hazırda ölkədə iki atom raketi funksiyalaşdırılır. Seul bu sahədə, həmçinin ixtisaslaşdırılmış kadrların hazırlanması üçün bütün şəraiti yaratmağa, İT və atom enerjisi sahəsində təcrübə qazanılmasında hər bir dəstəyi göstərməyə hazırdır.

Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Seula səfəri çərçivəsində Koreyanın Elmi Fondu, Elmlər Akademiyası ilə Azərbaycanın Milli Elmlər Akademiyası arasında protokolun imzalanması haqqında razılıq əldə olunub.

İyulun 9-10-da Seulda Azərbaycan-Koreya iqtsadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək. İTİ-nin məlumatına əsasən, komissiyanın iclasında elm və informasiya texnologiyaları sahəsində, həmçinin bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasında əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti