...

Bakıda internet texnologiyaları üzrə forum keçiriləcək

Telekommunikasiya Materials 18 İyul 2009 13:18 (UTC +04:00)
Bakıda noyabrın 21-də dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə birinci internet forumu keçiriləcək. Bu barədə Tred Capital-a "Yumroo" şirkətindən məlumat verilib.

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir H.Vəliyev /

Bakıda noyabrın 21-də dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə birinci internet forumu keçiriləcək. Bu barədə Trend -a "Yumroo" şirkətindən məlumat verilib.

Şirkətdən qeyd edildiyi kimi, forumda internet bazarının inkişafı üzrə aktual məsələlərə baxmaq planlaşdırılır. İnternet provayderləri, internet layihə sahibləri və İT mütəxəssisləri tərəfindən qlobal şəbəkə bazasında (internet-televiziya, internet-radio və şəbəkədə digər sosial xidmətlər) uğurla reallaşdırılmış web-layihələr və xidmətlər nümayiş olunacaq. Axtarış texnologiyaları üzrə lokal həllərin prezentasiyası keçiriləcək. İnformasiya texnologiyaları sahəsinin mütəxəssisləri internet şəbəkəsində biznesin yaradılması və aparılması, reklam bazarının inkişafı barədə məlumat verəcəklər.

Forum çərçivəsində əsas mövzulardan biri elektron kommersiyanın inkişafı və texnopark yaradılmasının məqsədəuyğunluğu məsələsi olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti