Azərbaycan, Bakı, 7 avqust / Trend , müxbir H. Vəliyev/
"KÜR" kompüter avadanlıqları istehsalı zavodu internet-köşklərin seriyalı istehsalına başlayıb. Bu barədə Trend -a "KÜR" MMC-nin baş direktoru Rizvan Osmanov məlumat verib.
Osmanovun sözlərinə görə, hazırda zavod paytaxtın ictimai yerlərində internet-köşklər quraşdırmağa maraq göstərən şirkətlərdən sifariş alıb. Yüksək sürətli internet xəttinə quraşdırılan qurğular istifadəçiləri internet şəbəkəsi vasitəsilə təcili rabitə ilə təmin edəcək.
İnternet-köşklərin işinin rahatlığı proqram təminatının (PT) etibarlı işi ilə təmin olunur. İnternet-köşk PT (brauzer) istifadəçilərlə internet şəbəkəsi arasında birləşdirici halqadır. Bu terminala məlumatların daxil edilməsi bilavasitə sensor monitorlarla həyata keçirilir. Bunun üçün ekrana virtual klaviatura çıxarılır və ya xüsusi klaviaturanun köməyi ilə həyata keçirilir. Belə klaviatura internet-köşklərin təhlükəsizlik təminatı üçün antivandal icraatda yerinə yetirilir. Şəbəkəyə girişi ADSL-in ayrılmış xətti təmin edir. Müxtəlif resurslara girişi internet-köşklər brauzerdə quraşdırılmış sfiltirlər hesabına məhdudlaşdıra bilər. İnternet şəbəkəsinə adi girişdən və elektron poçtun yoxlanmasından başqa, köşklərdə istənilən məlumat-sorğu bazası, xəritələr, keçidlərin sxemi, nəqliyyat cədvəli, kommersiya reklamının yerləşdirilməsi və s. quraşdırıla bilər.
Quraşdırılmanın iqtisadi cəhətdən özünü doğrultmuş nöqtələri məktəblər, biznes mərkəzləri, vağzalların və limanların gözləmə zallarıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]