Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir H.Vəliyev/
"Azeronline" şirkəti ADSL texnologiyası ilə internet şəbəkəsinə çıxış tariflərini azaldıb. Bu barədə Trend -a şirkətdən məlumat verilib.
Bu gün yeni tariflərə əsasən ötürücülük qabiliyyəti 512/512 Kbit/san - 20 manat, ötürücülük qabiliyyəti 1024/1024 Kbit/san - 30 manat və 2048/2048 Kbit/san olan məhdudiyyətsiz ADSL çıxışının bir aylıq abunə haqqı 60 manat təşkil edir.
Sentyabr ayının əvvəlindən etibarən Connect, Ultel, Smart Systems və Uninet (Stream) şirkətləri tərəfindən genişzolaqlı çıxışın tarifləri aşağı salınıb. Yaxın zamanlarda Avirtel, BakinterNet və AztelekomNet şirkətləri də ADSL xidməti üçün yeni tarifləri təqdim etməyi planlaşdırırlar.
İnternet xidmətləri tariflərinin aşağı düşməsi, ilk növbədə, bu yaxınlarda ilkin provayder Delta Telecom tərəfindən internet xidmətləri provayderləri üçün tariflərin aşağı salınması ilə əlaqədardır. Bu provayder, faktiki olaraq, kanalın ötürücü qabiliyyətini üç dəfə artıraraq bu bazarın oyunçularına ADSL xidmətlərinin qiymətlərini üç dəfə azaltmağa və istifadəçilərə daha sərfəli tariflər təqdim etməyə imkan yaradıb.
ADSL texnologiyası internet şəbəkəsinə çıxış növünün daha polulyar növüdür və bu texnologiya sürətlə inkişaf edərək ənənəvi olan Dial-up çıxışını istifadədən çıxarır.
Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected].