...

Azərbaycanın mobil rabitə operatoru ITU Telecom World 2009 ümumdünya sərgi-kofransında iştirak edib

Telekommunikasiya Materials 12 Oktyabr 2009 17:40 (UTC +04:00)
Azercell Telecom MMC oktyabrın 5-dən 9-na kimi Cenevrədə keçirilən ITU Telecom World 2009 ümumdünya konfransı və xüsusi informasiya-kommunikasiya texnologiyaları sərgisində iştirak edib, bu barədə şirkətin məlumatında deyilir.
Azərbaycanın mobil rabitə operatoru ITU Telecom World 2009 ümumdünya sərgi-kofransında iştirak edib

Azərbaycan, Bakı, 12 oktyabr / Trend /

Azercell Telecom MMC oktyabrın 5-dən 9-na kimi Cenevrədə keçirilən ITU Telecom World 2009 ümumdünya konfransı və xüsusi informasiya-kommunikasiya texnologiyaları sərgisində iştirak edib, bu barədə şirkətin məlumatında deyilir.

Dövlət və özəl sektor müəssisələrinin nümayəndələrinin daxil olduğu nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov başçılıq edib.

Azercell Telecom stendində SimKredit, PayCell, MobilBanking, DataKart kimi xidmətlər nümayiş olunub.

Oktyabrın 6-da Azercell Telecom Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə "Azərbaycan gecəsi" adı altında unikal mərasim təşkil edib. Mərasimdə respublikanın mədəni dəyərləri (milli musiqisi və milli mətbəx) nümayiş olunub. Qonaqlara xatirə hədiyələri təqdim olunub.

Telekommunikasiya və informasiya texnologiyaları sahəsində böyük hadisə olan forum "Açıq şəbəkələr - birləşmiş ağıllar" şüarı altında keçirilib.

Ümumi sahəsi 41 min kvadrat metr olan sərgi təxminən 40 ölkədən 700 şirkətin naliyyətlərini nümayiş etdirib. Peşəkar qonaqların sayı 140 ölkədən 45 min nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti