...

Azərbaycanın "Şərq-Qərb" informasiya supermagistralının yaradılması üzrə təşəbbüsü BMT Baş Assambleyasında bəyənilib

Telekommunikasiya Materials 18 Noyabr 2009 12:44 (UTC +04:00)
BMT Baş Assambleyası Azərbaycan tərəfindən təklif edilən "Şərq-Qərb" informasiya supermagistralının yaradılması layihəsi üzrə qətnaməni qəbul edib, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın "Şərq-Qərb" informasiya supermagistralının yaradılması üzrə təşəbbüsü BMT Baş Assambleyasında bəyənilib

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir H.Vəliyev /

BMT Baş Assambleyası Azərbaycan tərəfindən təklif edilən "Şərq-Qərb" informasiya supermagistralının yaradılması layihəsi üzrə qətnaməni qəbul edib, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məsələ BMT Baş Assambleyasının 64-cü sessiyasının ikinci komitəsinin növbəti iclası zamanı müzakirə olunub.

BMT Azərbaycanın "Şərq-Qərb" informasiya supermagistralı layihəsinin həyata keçirilməsi məsələsinə dair təşəbbüsünü yüksək qiymətləndirib.

Bu gün Azərbaycanda, bütün Xəzəryanı regionda informasiya axınının artması ilə əlaqədar mövcud məlumat ötürmə şəbəkələrinin artan trafik həcminin öhdəsindən gələ bilməməsi özünü daha tez-tez biruzə verir. Yaranan çatışmamazlığı aradan qaldırmaq üçün ölkənin Rabitə və İnformasiya Nazirliyi Qərb və Şərq arasında sürətli magistralın yaradımasına təşəbbüs edib. Layihə üzrə danışıqlar MDB üzrə tərəfdaşlar, Avropa və Asiya dövlətləri ilə aparılıb.

Özünün sərfəli coğrafi mövqeyinə baxmayaraq, Azərbaycan beynəlxalq İnternet mərkəzlərindən uzaqda yerləşir. Onlardan bəziləri Qərbi Avropada yerləşir, bu səbəbdən də Azərbaycan tranzit dövlətlərin trafikindən istifadəyə etməyə məcburdur ki, bu da onun qiymətini əhəmiyyətli dərəcədə artırır.

Ötürülən trafik həcmlərinin artırılması və onun qiymətinin azaldılmasının daha səmərəli üsulu Avropa və Asiyanı birləşdirən Transmilli magistralın yaradıması yolu ilə əlavə fiberoptik magistral kanalların çəkilməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti