...

Nar Mobile yeni abunəçilər üçün 50 faiz danışıq endirimi təqdim edir

Telekommunikasiya Materials 10 Dekabr 2009 17:46 (UTC +04:00)
Yüksək keyfiyyətli şəbəkə xidmətləri təqdim edən Nar Mobile, abunəçilərinə durmadan unikal kampaniya və aksiyalar təklif etməkdə davam edir. Nar Mobile-a qoşularkən abunəçi təqdim olunan xidmətlərdən yararlanmaqla yanaşı, danışıqlara 50%-əqədər güzəşt əldə edir.
Nar Mobile yeni abunəçilər üçün 50 faiz danışıq endirimi təqdim edir

Azərbaycan, Bakı, 10 dekabr / Trend /

Yüksək keyfiyyətli şəbəkə xidmətləri təqdim edən Nar Mobile, abunəçilərinə durmadan unikal kampaniya və aksiyalar təklif etməkdə davam edir. Nar Mobile-a qoşularkən abunəçi təqdim olunan xidmətlərdən yararlanmaqla yanaşı, danışıqlara 50%-ə qədər güzəşt əldə edir.

8 dekabr 2009-cu il tarixindən etibarən Nar Mobile şəbəkəsinə qoşulan hər yeni abunəçi avtomatik olaraq "Yeni İlə Yeni Nar Nömrəsi İlə" kampaniyasının iştirakçısı olur.

Kampaniya çərçivəsində hər bir istifadəçi nömrəsini aktivləşdirdiyi andan etibarən 7 gün ərzində hər dəfə balans artırılması zamanı şəbəkədaxili zənglər üçün 50%-dək güzəşt əldə edir.

Abunəçilər balansı beş manatdan 9.99 manatadək məbləğdə artıraraq şəbəkədaxili zənglər üçün 25% güzəşt, balansı on manat və daha çox məbləğdə artıraraq şəbəkədaxili 50% güzəşt əldə etmiş olacaqlar.

Güzəştlərin aktiv olub-olmamağını yoxlamaq üçün *737#YES şifrəsini yığmaq lazımdır.

Güzəştin istifadə müddəti 30 gün təşkil edir. Kampaniya 31.01.2010-cu il tarixinədək etibarlıdır.

Xəbər lenti

Xəbər lenti