...

Türkmənistan Rabitə Nazirliyi beynəlxalq tender elan edib

Telekommunikasiya Materials 10 İyul 2010 13:33 (UTC +04:00)

Тürkmənistan, Aşqabad, 10 iyul /Trend, müxbir H.Həsənov/

Türkmənistan Rabitə Nazirliyi fiberoptik kabel məhsulları, aksessuarların alınması və nəqli üzrə beynəlxalq tender elan edir.

Maraqlanan şəxslər sənədlər paketi ala bilər və Türkmənistan Rabitə Nazirliyinin hesabına 200 dollar məbləğində qeydiyyat haqqı ödəməklə aşağıdakı ünvan üzrə təkliflərini verə bilərlər: 744013, "Türkmənbaşıbank" BDF 390101304 (ərizəçinin bütün rekvizitlərini göstərməklə yazılı bəyannamə ilə birlikdə).

Tender sənədləri ayrıca olaraq iki paketdə (texniki və ticari təkliflər) təqdim olunmalıdır.

Tender təkliflərinin son verilmə müddəti: 2010-cu il, 28 iyul, yerli vaxtla 17:00-dək.

Türkmənistan Rabitə Nazirliyi: 744013, Türkmənistan, Aşqabad ş., Asudalık küçəsi - 36.

Telefon: (+993 12) 35-61-34; Faks: (+993 12) 35-67-63.

Xəbər lenti

Xəbər lenti