...

"Bakcell" xüsusi Ramazan xidmətini təqdim edir

Telekommunikasiya Materials 19 Avqust 2010 18:34 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru "Bakcell" Müqəddəs Ramazan ayı ərzində yeni kampaniya həyata keçirir.
"Bakcell" xüsusi Ramazan xidmətini təqdim edir

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Azərbaycanın ilk mobil operatoru "Bakcell" Müqəddəs Ramazan ayı ərzində yeni kampaniya həyata keçirir. 12 avqust tarixindən 9 sentyabr tarixinə kimi bu xidmətə qoşulan "Bakcell" abunəçiləri Ramazan təqvimi əldə edə və Qurandan ayə yükləyə bilərlər. Bu barədə şirkətin cümə axşamı yayılan məlumatında deyilir.

Ramazan ayı müddətində "Bakcell" abunəçiləri 1 yazıb 6064 nömrəsinə qısa mesaj göndərməklə gündəlik Ramazan təqvimini və imsak və iftar vaxtlarını öyrənə bilərlər. "Cin Kart" abunəçiləri üçün xidmət haqqı 1062 kontur, "Klass" və "Gold" abunəçiləri üçün isə 2,12 AZN-dir. Ramazan təqvimi ilə yanaşı, bütün abunəçilər Azanı pulsuz yükləyə bilərlər.

"Bakcell" Müqəddəs Ramazan ayı münasibətilə bütün müsəlmanları təbrik edir, onlara sağlamlıq və əmin-amanlıq arzulayır!

"Bakcell"in məhsulları və xidmətləri haqqında ətraflı məlumatı www.bakcell.com-a daxil olmaqla və ya 555-ə zəng vurmaqla əldə edə bilərsiniz. Qeyri-"Bakcell" abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti