...

Ölkənin hər bir vətəndaşının internetdən istifadə imkanı olmalıdır – Türkmənistan Prezidenti

Telekommunikasiya Materials 15 Sentyabr 2010 13:10 (UTC +04:00)
"Biz Türkmənistanın hər bir vətəndaşının İnternet və müasir rabitə texnologiyalarından istifadəsinə şərait yaradırıq və telekommunikasiyanın intensiv inkişafına böyük əhəmiyyət veririk", - bu barədə Prezident Qurbanqulu Berdıməhəmmədovun müraciətində deyilir.
Ölkənin hər bir vətəndaşının internetdən istifadə imkanı olmalıdır – Türkmənistan Prezidenti

Türkmənistan, Aşqabad, 15 sentyabr /Trend, müxbir H.Həsənov/

"Biz Türkmənistanın hər bir vətəndaşının İnternet və müasir rabitə texnologiyalarından istifadəsinə şərait yaradırıq və telekommunikasiyanın intensiv inkişafına böyük əhəmiyyət veririk", - bu barədə Prezident Qurbanqulu Berdıməhəmmədovun müraciətində deyilir.

Türkmənistan rəhbəri çərşənbə günü Aşqabadda açılmış, dünyanın 20 ölkəsindən 80 xarici şirkətin iştirak etdiyi "Türkməntel-2010" ikigünlük beynəlxalq sərgi-konfransının iştirakçılarına müraciət edib.

Tədbirin təşkilatçıları - Türkmənistan Rabitə Nazirliyi və Ticarət-Sənaye Palatasıdır. Azərbaycan, Belarus, Böyük Britaniya, Gürcüstan, RF, AFR, Türkiyə, ÇXR, Fransa, İsveçrə, Qazaxıstan, Kipr, Litva, Yaponiyadan olan şirkətlər telekommunikasiya, informasiya texnologiyaları, ölçü cihazları, kabelsiz rabitə, peşəkar audiovideoyazı avadanlığı sahəsində öz işlərini təqdim edəcəklər.

Bununla yanaşı, teleradio verilişi, kabel rabitə məhsulları, nəqliyyat, xüsusi texnika və təchizat sahəsində də avadanlıqlar təqdim olunacaq.

Rabitə və telekommunikasiya sahəsi Türkmənistan iqtisadiyyatının ən çox perspektivli və dinamik inkiaşf edən sahələrindən biridir. Ölkənin Rabitə Nazirliyi ilə "Sony", JVC, "Siemens-Nokia", "Shell & Wilcox", "Tandberg", "Rhode & Schwarz", NEC, "Avrasiya Trans Limited", Rusiyanın "Prima Telekom" və digər şirkətlər arasında tərəfdaşlıq münasibətləri qurulub.

Xəbər lenti

Xəbər lenti