Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Q.Vəliyev/
Azərbaycan Dövlət Neft Fondu investisiya portfelinin optimallaşdırılması məqsədilə analitik proqram təminatının alınması və quraşdırılmasına maraq sorğusu keçirir. Bu barədə fondun məlumatında deyilir.
İştirakçıların təklifləri sentyabrın 27-si saat 18:00-dək qəbul edilir. Təkliflərin açılması sentyabrın 28-də saat 11:00-da fondun binasında olacaq.
Əlavə məlumatı 498-77-53 (daxili 123) telefonu ilə əldə etmək olar.