...

"AZEDUNET" təşkilatı "ZyXEL" Şirkətinin "Gümüş Sistem İnteqratoru" statusunu alıb

Telekommunikasiya Materials 13 Oktyabr 2010 14:12 (UTC +04:00)
Azərbaycan Təhsil Şəbəkəsi layihəsini həyata keçirən "AZEDUNET" təşkilatı "ZyXEL" Şirkətinin "Gümüş Sistem İnteqratoru" statusunu alıb. Bu barədə çərşənbə günü "AZEDUNET" təşkilatının direktoru Səməd Abbasov xəbər verib.
"AZEDUNET" təşkilatı "ZyXEL" Şirkətinin "Gümüş Sistem İnteqratoru" statusunu alıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Təhsil Şəbəkəsi layihəsini həyata keçirən "AZEDUNET" təşkilatı "ZyXEL" Şirkətinin "Gümüş Sistem İnteqratoru" statusunu alıb. Bu barədə çərşənbə günü "AZEDUNET" təşkilatının direktoru Səməd Abbasov xəbər verib.

"Uzun müddətdir ki, bu şirkətin həllərini tətbiq edirik. "ADSL2+" və "VDSL2" texnologiyaları üzrə giriş səviyyəsi məhz bu vendorun həlləri üzərində qurulur. "Gümüş Sistem İnteqratoru" statusu vendorla münasibətlərimizi daha effektiv qurmağa və yerli bazara kompleksli həlləri çıxarmağa imkan verəcək. Təşkilatımızda "ZyXEL"in Sertifikatlaşdırılmış Sistem Mühəndisi statusuna (ZCSE - ZyXEl Certified System Engineer) malik olan 10 nəfər işləyir", - S.Abbasov qeyd edib.

Xatırladaq ki, Azərbaycan Təhsil Şəbəkəsi 2008-2012-ci illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində yaradılır. 2008-2009-cu illərdə şəbəkəyə 500-dən artıq təhsil müəssisəsi qoşulub. 2010-cu ildə isə "AZEDUNET" Azərbaycan Təhsil Şəbəkəsinə daha 500 təhsil müəssisəsini qoşacaq.

Xəbər lenti

Xəbər lenti