...

Nar Mobile diler və distribüterlərlə növbəti görüş keçirib

Telekommunikasiya Materials 22 Noyabr 2010 20:15 (UTC +04:00)
Bazar ertəsi Nar Mobile dilerlər və distribüterlərlə satış işinin təşkili və nəticələri barədə növbəti görüş keçirib.
Nar Mobile diler və distribüterlərlə növbəti görüş keçirib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Bazar ertəsi Nar Mobile dilerlər və distribüterlərlə satış işinin təşkili və nəticələri barədə növbəti görüş keçirib.

Tədbirdə "Azerfon" MMC-nin baş direktoru Yurgen Pitz ilə yanaşı, topdan və pərakəndə satışı ilə məşğul olan distribüterlər və 250-ə yaxın diler iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd Nar Mobile-ın son illərdə gördüyü işlər və həyata keçirdiyi yeniliklər haqqında, mobil rabitə bazarı və satış sistemində yeniliklərin tətbiq edilməsini müzakirə etmək idi.

Tədbir zamanı Nar Mobile-ın direktoru Çinar Erek çıxış edərək şirkətin son illərdə gördüyü işlərin nəticələri barədə geniş məlumat verib. Daha sonra Nar Mobile-ın satış direktoru Anar Mirzəyev təqdimata davam edərək, dilerlərin və distribüterlərin nəticələrinin təqdimatı və satış sistemində yeni modellərin tətbiq edilməsi barədə geniş məlumat verib.

Çıxışlardan sonra "Azerfon" MMC-nin əməkdaşları dilerlərin çoxsaylı suallarını cavablandırıblar. Daha sonra tədbir iştirakçıları Nar Mobile-ın iştirakı ilə 23-26 noyabr tarixində 16-cı Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" BakuTel 2010 sərgisinə dəvət olunublar.

Xəbər lenti

Xəbər lenti