...

2011-ci ildə "Şərq-Qərb" informasiya magistralının yaradılması üzrə konsorsium yaradılacaq

Telekommunikasiya Materials 6 Dekabr 2010 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir H.Vəliyev/

2011-ci ildə "Şərq-Qərb" informasiya supermagistralının yaradılması layihəsi üzrə konorsiumun yaradılması haqqında memorandumun imzalanması gözlənilir. Bu barədə bazar ertəsi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, BMT bəyəndikdən sonra "Şərq-Qərb" layihəsi region ölkələrinin dəstəyini qazanıb və bu gün layihəni dəstəkləyən tərəflərlə danışıqlar aparılır.

"Layihənin həyata keçirilməsində Çinin "China Telecom", Türkiyənin "Türk Telecom", Rusiyanın "Rostelekom", Qazaxıstanın "Kazaktelekom" kimi böyük operatorlar, eləcə də Azərbaycan operatorları maraqlıdırlar. Gələn il onların iştiarkı ilə konsorsiumun yaradılması gözlənilir, bu, layihənin həyata keçirlməsinə başlanğıc olacaq", - nazir qeyd edib.

Bundan əvvəl Abbasovun dediyi kimi, konsorsiumun yaradılması layihənin kommersiya baxımından həyata keçirilməsinə əsas olacaq.

Azərbaycanın irəli sürdüyü və BMT-nin 66-cı plenar iclası çərçivəsində qəbul olunmuş "Şərq-Qərb" superinformasiya magistralının yaradılmasına dair qətnamə optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi ilə bağlı həll olunmamış təşkilati məsələləri aradan qaldıracaq.

BMT yoxsulluq səviyyəsinin azaldılmasına, iqtisadi artımın yüksəldilməsinə və ümumilikdə regionun inkişafı üçün lokomotiv rolunu oynamağa yönəlmiş layihəni dəstəkləyib.

"Şərq-Qərb" layihəsinin vəzifəsi ümumilikdə 20 ölkəni birləşdirməkdən ibarətdir. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit Okean ölkələri arasındakı "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti