...

Azərbaycan Milli Elmlər Akademiyası neft quyularında seysmik stansiyalar quraşdıracaq

Telekommunikasiya Materials 10 Yanvar 2011 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu "Shirvan oil" əməliyyat şirkətinin və "Siyəzənneft" NQÇİ-nin neft quyularında seysmik aktivliyin təhlilini aparmaq üçün yeni seysmik stansiyaların quraşdırılmasına başlayacaq. Bu barədə Trend-ə bazar ertəsi Kibenetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib.

Əliyevin sözlərinə görə, seysmik stansiyaların tədarükü ilə bağlı bütün zəruri sorğular artıq verilib və onların ik ay ərzində ölkəyə tədarükü gözlənilir.

Hazırda pilot seysmik stansiyalar cəlb edilib və ARDNŞ-nin "Qum adası" yatağında yerləşən, fəaliyyət göstərməyən 5 quyusunda işləyir.

"Tərəfimizdən əldə edilən ilkin nəticələr gözləntiləri ötüb. Lakin iki digər stansiya quraşdırılmadan son nəticələr haqqında nəsə demək mümkün deyil, belə ki, bundan sonra daha dəqiq nəticələr əldə etmək mümkün olacaq", - Əliyev qeyd edib.

Stansiyaların hamısı radiorabitə sistemi ilə birləşdiriləcək. Bu, təhlil üçün seysmik stansiyaların quraşdırılacağı neft quyularından məlumatların fasiləsiz ötürülməsini yoluna qoymağa imkan verəcək.

Quyularda quraşdırılacaq məlumat ötürücüləri birbaşa institutun binasında yerləşən stansiyaya qoşulacaq, bu, real vaxt rejimində anomaliyalar barədə məlumat əldə etməyə imkan verəcək.

İnformasiya radiokanal vasitəsilə idarəetmə mərkəzinə ötürüləcək siqnallara çevriləcək. Hər bir siqnalın müəyyən əngəlləri var, bununla əlaqədar arzuedilməz insidentlərin proqnozu mümkündür.

Xəbər lenti

Xəbər lenti