...

Azərbaycanda genişzolaqlı internetin inkişafı konsepsiyası birinci rübün sonlarına hazır olacaq

Telekommunikasiya Materials 18 Yanvar 2011 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İnternet servis provayderi "Azerin" 2011-2013-cü illərdə respublikada genişzolaqlı internetin inkişafı konsepsiyasının formalaşması üzrə qiymət sorğusunun qalibi olub. Bu barədə çərşənbə axşamı "Azerin" şirkətinin rəhbəri Qalib Qurbanov deyib.

Qurbanovun sözlərinə görə, tədbirlər planı və onun gerçəkləşməsi aspektlərinin daxil olduğu konsepsiyanı üç ay ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim etmək planlaşdırılır.

Yeni konsepsiya genişzolaqlı İnternetdən istifadə imkanlarını genişləndirək və onu istifadəşilər üçün daha mümkün etməyə yönəldilib.

Konsepsiyada telekommunikasiya qovşaqlarında genişzolaqlı internet portlarının sayının artırılması, tariflərin aşağı salınması, təklif olunan tarif planlarının sayının genişləndirilməsi, multimediya xidmətlərini təqdim etmək üçün infrastrukturun inkişafı, kontent-xidmətlərin genişləndirilməsi (bank xidmətləri, elektron ticarət və s.) nəzərdə tutulur.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin statistik məlumatlarına əsasən respublikada genişzolaqlı internetin nüfuzetmə səviyyəsi 2010-cu ilin sonuna olan vəziyyətə görə 12 faiz təşkil edir. Nazirliyin məlumatlarına əsasən, 2011-ci ildə genişzolaqlı giriş bazarında artım təxminən 40 faiz olacaq.

Son il yarımda Azərbaycanda İnternet tarifləri səkkiz-doqquz dəfə azaldılıb və bu gün 1Mbit/s sürətində ADSL xidmətinə qoşulmaq üçün orta qiymət 20 manatdır.

Xəbər lenti

Xəbər lenti