...

2010-cu ildə Azərbaycanda İnternet bazarının həcmi 45 milyon manatı ötüb

Telekommunikasiya Materials 27 Yanvar 2011 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir H.Vəliyev/

2010-cu ildə Azərbaycanda İnternet bazarının həcmi 45,2 milyon manat təşkil edib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə və iqtisadi analiz şöbəsinin aparıcı məsləhətçisi Cahandar Qədirov məlumat verib.

Qədirovun sözlərinə görə, 2010-cu ilin yekunları üzrə Azərbaycanın İnternet sektorundan əldə etdiyi gəlirlərin həcmi 9,3 milyon manat artıb.

Azərbaycanın İnternet bazarı əhəmiyyətli artım potensialına malikdir. Son illər ərzində telekommunikasiya bazarının bu seqmenti İnternetdən istifadə edənlərin sayında durmadan artım nümayiş etdirir.

Qədirovun sözlərinə görə, Azərbaycanda İnternetin yayılma səviyyəsi 50 faizə çatıb, respublika üzrə genişzolaqlı qoşulmaların ümumi sayı 1,36 milyon istifadəçini ötür ki, bu da əhalinin ümumi sayının 15 faizini təşkil edir.

Son iki il ərzində ölkədə İnternet tarifləri orta hesabla altı-yeddi dəfə aşağı düşüb. Qoşulmaların dəyərinin bu dərəcədə azalması xarici kanalların (həm peyk, həm də yerüstü) qiymətinin azaldılması, avadanlıqların ucuzlaşması və provayderlər arasında rəqabətin artması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti