...

Türkiyə şirkəti Azərbaycanda multimərkəzlərin yaradılması məsələsinə baxır

Telekommunikasiya Materials 17 Fevral 2011 14:18 (UTC +04:00)
Türkiyənin "Rotal Digital" şirkəti Azərbaycanda multimərkəzlərin yaradılması məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətdən məlumat verilib.
Türkiyə şirkəti Azərbaycanda multimərkəzlərin yaradılması məsələsinə baxır

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir H.Vəliyev/

Türkiyənin "Rotal Digital" şirkəti Azərbaycanda multimərkəzlərin yaradılması məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətdən məlumat verilib.

Şirkət Zərifə Əliyeva adına litseydə Azərbaycandakı "Elektron məktəb" layihəsinə qoşulan aparıcı məktəblərin direktor və müəllimlərinə miltimərkəzin işini nümayiş etdirib.

Miltimərkəz informasiya texnologiyaları vasitəsilə fərdi inkişafa və biliklərin artırılmasına xidmət edir.

Bu sistemin başlıca üstünlüyü məktəblilərin bilik və vərdişlərinin praktiki inkişafı üçün imkan yaratmasıdır.

Bu gün millimərkəzlər ABŞ, Polşa, Rusiya, Argentina, Macarıstan, Hindistan və digər ölkələrdə yaradılır.

Xəbər lenti

Xəbər lenti