...

"Azərkosmos" ASC dövlət qeydiyyatından keçib

Telekommunikasiya Materials 4 Mart 2011 14:18 (UTC +04:00)
"Azərkosmos" ASC "bir pəncərə" vasitəsilə Azərbaycan Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında bildirilir.
"Azərkosmos" ASC dövlət qeydiyyatından keçib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir H.Vəliyev/

"Azərkosmos" ASC "bir pəncərə" vasitəsilə Azərbaycan Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında bildirilir.

Şirkət 40 milyon manat nizamnamə fondu ilə (hər səhmin nominal dəyəri 20 manat olmaqla) bu il fevralın 7-də qeydiyyatdan keçib. "Azərkosmos" ASC-nin sədri əvvəllər Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, mühasibat və iqtisadi təhlil şöbəsinə rəhbərlik edən Rəşad Nəbiyevdir.

ASC-nin təsisçisi Əmlak Məsələləri Dövlət Komitəsidir.

Səhmləri dövlətə aid olan "Azərkosmos" ASC-nin nizamnaməsi və strukturu Azərbaycan Nazirlər Kabineti tərəfindən 2010-cu ilin dekabrında təsdiq olunub.

Nizamnaməyə əsasən, ASC-nin əsas məqsədi Azərbaycan peykinin orbitə çıxarılması, idarə olunması, istifadəyə verilməsi və həmçinin peyk əlaqəsi xidmətinin təqdim edilməsi (internet xidməti, televiziya və radio translyasiyası, foto ilə şəklini çəkmə və naviqasiya xidmətləri) işidir.

ASC-nin icra heyətinin tərkibi üç nəfərdən (ASC-nin sədri və iki müavinindən) ibarət olacaq. Sədr prezident tərəfindən seçilir, lakin müavin təyin etmək hüququnu isə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi alıb.

"Azərkosmos" ASC-nin təsis edilməsi Azərbaycanın beynəlxalq kosmik bazara çıxması üçün əsas olacaq.

Xəbər lenti

Xəbər lenti