...

"Azercell" Biznes, Optimist və Sabit tarif paketlərinə qoşulmaları dayandırır

Telekommunikasiya Materials 15 Aprel 2011 20:07 (UTC +04:00)
Azercell Fakturalı xətt sisteminə aid nömrələrin abonentləri üçün nəzərdə tutulmuş "Biznes", "Optimist" və "Sabit" tarif paketləri 2011-ci il aprelin 25-dən ləğv edilir.
"Azercell" Biznes, Optimist və Sabit tarif paketlərinə qoşulmaları dayandırır

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azercell Fakturalı xətt sisteminə aid nömrələrin abonentləri üçün nəzərdə tutulmuş "Biznes", "Optimist" və "Sabit" tarif paketləri 2011-ci il aprelin 25-dən ləğv edilir. Trend-in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Bu tarif paketləri fakturalama tarixlərindən asılı olaraq 2011-ci il 25 aprel və ya 5 may tarixlərində aidiyyəti olan Azercell Fakturalı Xətt abonentlərin nömrələrində ləğv ediləcək.

Bu paketləri istifadə edən abonentlər müvafiq fakturalama tarixindən asılı olaraq 25 aprel və ya 5 may tarixinlərinədək Azercell Fakturalı Xətt sistemində istənilən digər tarif paketinə keçmək ilə bağlı müvafiq qaydada müraciət etmədikdə , avtomatik olaraq "Biznes " tarif paketinə aid olan nömrələr "Standart ", "Optimist " tarif paketinə aid olan nömrələr isə "Super Bizdən-Bizə "tarif paketinə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti