...

Azərbaycan informasiya təhlükəsizliyini möhkəmləndirməyi davam etdirir - nazir müavini

Telekommunikasiya Materials 4 May 2011 15:49 (UTC +04:00)
Azərbaycanda təxribat və ekstremist xarakterli internet resurslarla mübarizə aparılır.
Azərbaycan informasiya təhlükəsizliyini möhkəmləndirməyi davam etdirir - nazir müavini

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda təxribat və ekstremist xarakterli internet resurslarla mübarizə aparılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Tədbir Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Rumıniyanın Azərbaycandakı səfirliyi (NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi) tərəfindən keçirilir.

Vəlizadənin sözlərinə görə, bu növ resursların fəaliyyəti nazirliyin rəsmi müraciətindən sonra dayandırılır. Orada konkret səbəb göstərilir və bu resurslar tərəfindən yol verilən hüquqpozmalar sadalanır.

"Bu, Azərbaycanın resusrlardan istifadəni məhdudlaşdırmaq üçün texniki üsullardan istifadə etməsi kimi qəbul edilməməlidir. Bu istiqamətdə görülən bütün işlər qanun çərçivəsində həyata keçirilir, bu isə bütün ölkələr üçün xarakterikdir. Məsələn, bəzi ölkələrdə qaçırılmış avtomobillərin axtarışı internet yenilənmələr əsasında həyata keçirilir. Bu, internet şəbəkəsində yerləşdirilən kontent üzərində müəyyən nəzarətin olmasından xəbər verir", - Vəlizadə bildirib.

İnformasiya həqiqi olduğu, təxribat, ekstremist xarakter daşımadığı, dini və milli ayrı seçkilik ədavəti yaratmadığı halda maneəsiz yayıla bilər.

Nazir müavininin sözlərinə görə, təəssüf ki, xüsusi vasitələrdən istifadə etmək yolu ilə təhlükəsizlik sistemindən yan keçmə üsulları haqqında informasiya yayan strukturlar mövcuddur. Bu növ informasiyanın yayılması ilə məqsədyönlü məşğul olanlar başa düşməlidirlər ki, bu alətlər qanunazidd məqsədlər üçün də istifadə oluna bilər.

"İnformasiya təhlükəsizliyi məsələsi istənilən vətəndaş və ölkə üçün mühümdür. Azərbaycan bu istiqamətdə qanunvericilik əsasında hərəkət edir və beynəlxalq konvensiyalara qoşulmaqla addımlar atır. Biz beynəlxalq təcrübəni və əməkdaşlığı öyrənərək onların əsasında informasiya təhlükəsizliyini möhkəmlədirik", - Vəlizadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti