...

Azərbaycanın mobil rabitə operatoru Bakı Metropolitenində baza stansiyası quraşdıracaq

Telekommunikasiya Materials 5 May 2011 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir H.Vəliyev/

İlin ikinci yarısından başlayaraq Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC Bakı Metropoliteninin bəzi stansiyalarında baza stansiyalarının quraşdırılmasına başlayacaq. Bu barədə cümə axşamı "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev bildirib.

Fərzəliyevin sözlərinə görə, ilin sonunadək bütün metro stansiyaları "Azerfon" mobil rabitəsi ilə əhatə olunacaq.

İlkin mərhələdə yeraltı nəqliyyatda 2G şəbəkəsinə çıxış olacaq. Hazırda "Azerfon" rabitəsindən Bakı Metropoliteninin bəzi stansiyalarında istifadə etmək mümkündür və bu, xarici qurğular vasitəsilə həyata keçirilir.

Bu il şirkət əhatə zonasının genişləndirilməsinə və daha keyfiyyətli rabitə xidmətlərinin göstərilməsinə imkan verən daxili qurğulardan istifadə etmək fikrindədir.

Yeraltı nəqliyyatın keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün əhəmiyyətli investisiyalar tələb olunur. Yeraltı nəqliyyatda rabitə xidmətlərinin təşkili şirkət üçün maraq kəsb edir, çünki nəqliyyatın bu növündən hər gün 600 mindən artıq sənişin istifadə edir.

Xəbər lenti

Xəbər lenti