...

Azerfon-Vodafone-dan İdeal tarif!

Telekommunikasiya Materials 18 İyun 2011 12:03 (UTC +04:00)
İndi Azerfon-Vodafone abunəçiləri ölkədaxili bütün istiqamətlərə dəqiqəsi cəmi 5 qəpiyə danışacaqlar.
Azerfon-Vodafone-dan İdeal tarif!

Azərbaycan, Bakı, 18 iyun /Trend/

İndi Azerfon-Vodafone abunəçiləri ölkədaxili bütün istiqamətlərə dəqiqəsi cəmi 5 qəpiyə danışacaqlar.

17 iyun 2011-ci il tarixində təqdim edilən İdeal tarifi abunəçilərə həm ölkədaxili, həm də beynəlxalq və rominq xidmətləri üçün ən ideal qiymətlər təklif edir.

İdeal tarifinə qoşulmaq üçün İdeal yazaraq 1123 nömrəsinə göndərmək kifayətdir.

İdeal tarifinin qiymət cədvəli:

Əsas xidmətlər

Qiymət

Ölkədaxili bütün istiqamətlərə zəngin 1 dəqiqəsi

5 q əpik

Ölkədaxili bütün istiqamətlərə 1 SMS

5 q əpik

Ölkədaxili bütün istiqamətlərə 1 MMS

5 q əpik

Data (200 KB)

5 q əpik

Mobil TV (200 KB)

5 q əpik

Tarif planından gündəlik istifadə haqqı 10 qəpikdir. Gündəlik abunə haqqı balansdan çıxıldıqda və abunəçi gün ərzində 10 qəpik dəyərində 1 zəng etdikdə və ya 1 SMS göndərdikdə, dərhal onun balansına şəbəkədaxili zənglər üçün 1 dəqiqə danışıq vaxtı hədiyyə olaraq yüklənir.

İdeal tarifi haqqında ətraflı məlumat almaq üçün www.azerfon-vodafone.az internet səhifəsinə daxil olmaq və ya 077 200 1188 nömrəsinə zəng etmək kifayətdir.

Xəbər lenti

Xəbər lenti