...

Azərbaycanda İKT xidmətlərinin ümumi dəyəri 50 faiz azalıb - ITU

Telekommunikasiya Materials 22 İyun 2011 15:01 (UTC +04:00)
Azərbaycanda İKT xidmətlərinin ümumi dəyəri 50 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə 2008-2010-cu illəri əhatə edən "İKT Qiymət Səbəti" (ICT Price Basket) hesabatında bildirib.
Azərbaycanda İKT xidmətlərinin ümumi dəyəri 50 faiz azalıb - ITU

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda İKT xidmətlərinin ümumi dəyəri 50 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə 2008-2010-cu illəri əhatə edən "İKT Qiymət Səbəti" (ICT Price Basket) hesabatında bildirib.

2010-cu ilədək olan dövrün yekunlarına dair "İKT Qiymət Səbəti"nin hesabatı Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU - International Telecommunication Union) tərəfindən yayımlanıb. Burada informasiya-kommunikasiya texnologiyaları bazasında xidmətlərin dəyərində dəyişikliklərin dinamikası təsvir olunub.

2008-2010-cu illər "ICT Price Basket" hesabatı 165 ölkəni əhatə edir, Azərbaycan onların arasında İKT xidmətlərinin qiymətlərindəki dəyişikliklərin dinamikası göstəricisi üzrə 53-cü yeri tutur. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən deyildiyi kimi, 2009-cu ilin göstəriciləri ilə müqayisədə ("ICT Price Basket"in 2009-cu il üzrə hesabatında Azərbaycan 161 ölkə arsında 99-cu yeri tutub) ölkə öz mövqeyini 46 pillə möhkəmlədib.
Bu göstərici üzrə dünyada ümumi azalma, səyyar rabitə xidmətlərinin qiymətində ucuzlaşmanın baş verdiyi Azərbaycan da daxil olmaqla, bəzi ölkələrdə fiksə olunmuş genişzolaqlı çıxış xidmətlərinin qiymətinin azalması sayəsində baş verib.

Hesabatda deyilir ki, göstərilən dövrdə dünyada səyyar rabitə xidmətlərinin qiyməti 22 faiz, təsbit olunmuş telefon rabitəsinin qiyməti isə 7 faiz azalıb. Səyyar rabitə xidmətləri abonentlərinin sayı 4 milyarddan 5 milyard nəfərədək artıb.
ITU-nun məlumatına görə, təsbit olunmuş genişzolaqlı çıxış xidmətlərinin qiyməti inkişaf etməkdə olan ölkələrdə 52 faiz, inkişaf etmiş ölkələrdə isə 35 faiz ucuzlaşıb.

İki əvvəlki vəziyyətlə müqayisədə hazırda dünyadakı istifadəçilər İKT-dən istifadəyə görə 18 faiz az, genişzolaqlı çıxış xidmətlərinə görə isə 50 faiz az vəsait ödəyirlər.

Xəbər lenti

Xəbər lenti