...

Elektron idarəetmənin yeni sistemi İqtisadi İnkişaf Nazirliyində sənəd dövriyyəsini sürətləndirib (FOTO)

Telekommunikasiya Materials 1 İyul 2011 12:50 (UTC +04:00)
Elektron idarəetmənin yeni sisteminin tətbiqi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində sənəd dövriyyəsi prosesini beş dəfə sürətləndirib.
Elektron idarəetmənin yeni sistemi İqtisadi İnkişaf Nazirliyində sənəd dövriyyəsini sürətləndirib (FOTO)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir A.Axundov/

Elektron idarəetmənin yeni sisteminin tətbiqi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində sənəd dövriyyəsi prosesini beş dəfə sürətləndirib. Trend-in məlumatına görə, bu barədə cümə günü yeni sistemin və İqtisadi İnkişaf Nazirliyinin yenilənmiş internet-saytının təqdimatı zamanı nazir müavini Sevinc Həsənova deyib.

"Əgər bir il əvvəl 2400 daxili xidmət məktubu yaradılmışdısa, bu sistemin tətbiqindən sonra bu rəqəm beş dəfədən artıq artaraq 12 mini ötüb", - Həsənova bildirib.

Onun sözlərinə görə, elektron idaretmə sistemi xəzinədarlıq, kadrların idarə olunması və maliyyə uçotu sistemlərinin bir-birilə tam birləşdirilməsini özündə ehtiva edir.

"Yeni sistemin tətbiqi nazirliyin işinin effektivliyini artırıb və "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində işlərin sürətləndirilməsinə imkan verib", - o qeyd edib.

Yeni internet-saytın təqdimatı İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Microsoft, Ultra və Azerfon şirkətləri tərəfindən təşkil olunub.

İqtisadi İnkişaf Nazirliyinin müşaviri Tahir Mirkişilinin sözlərinə görə, nazirlik tərəfindən elektron idarəetmə sistemi çərçivəsində Microsoft şirkətinin lisenziyalaşdırılmış proqram təminatı alınıb, müasir DATA-mərkəz, kadrların elektron bankı, elektron maliyyə sistemi yaradılır, elektron imzaların tətbiqinə başlanılır.

Mirkişilinin sözlərinə görə, nazirlikdə elektron xidmətlərin göstərilməsinə keçid üzrə də işlər görülür.

Xəbər lenti

Xəbər lenti