...

Azərbaycanda rəqəmsal yayıma keçidlə əlaqədar analoq televizorların idxalı məhdudlaşdırılacaq

Telekommunikasiya Materials 29 İyul 2011 15:32 (UTC +04:00)
Azərbaycanda rəqəmsal yayıma tam keçid 2013-cü ilin ilk yarısında başa çatacaq, halbuki dünyada analoq yayımda rəqəmsal yayıma keçid 2015-ci ilədək yekunlaşmalıdır.
Azərbaycanda rəqəmsal yayıma keçidlə əlaqədar analoq televizorların idxalı məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda rəqəmsal yayıma tam keçid 2013-cü ilin ilk yarısında başa çatacaq, halbuki dünyada analoq yayımda rəqəmsal yayıma keçid 2015-ci ilədək yekunlaşmalıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

"Bir neçə aydan sonra 10 yerli kanaldan ibarət ilk rəqəmsal paket Azərbaycan ərazisinin 90 faizində yayılacaq. Bundan sonra nazirlik ölkəyə analoq yayımın siqnallarını qəbul edən televizorların idxalına məhdudiyyətlər qoyulması təklifi ilə çıxış edəcək", - nazir bildirib.

Nazirlər Kabinetinin 2011-ci ildə təsdiq etdiyi Azərbaycanda rəqəmsal yayıma keçid proqramında rəqəmsal televiziyanın tətbiqi və inkişafı üçün tezlik planının hazırlanması, rəqəmsal paketin, açıq və qapalı telekanalların sayının müəyyənləşdirilməsi, normativ-hüquqi aktlarda və qanunvericilikdə dəyişikliklər üzrə təkliflərin hazırlanması, rəqəmsal yayım və onun standartlarının müəyyənləşdirilməsi üzrə lisenziyalaşdırmanın qaydaları, eləcə də rəqəmsal televiziya üçün dekoder və ötürücülərin istehsalının təşkili nəzərdə tutulub.

2012-ci ilin sonunandək tezlik zolağının konversiyalaşdırılması üzrə təkliflərin hazırlanması, 2013-cü ilədək rəqəmsal avadanlıq üzrə ümtəxəssislərin hazırlanması, rəqəmsal formatlı dekoder və ötürücülərin istehsalı üzrə təkliflər, studiya avadanlığının, kontent və digər avadanlığın rəqəmsalllaşdırılması, radiorele xətlərin və rəqəmsal radio və televiziya şəbəkələrinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti