Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC müasir poçt qutularının quraşdırılmasına başlayır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumata görə, yeni poçt qutuları muxtar rejimdə işləyir və onlarda quraşdırılmış daxili günəş modulları sayəsində öz-özlərini elektrik enerjisi ilə təmin edə bilir və sutkanın qaranlıq vaxtlarında da işıq mənbəyinə çevrilir.
Hazırda yeni qutular Bakıda "Azərpoçt"un bir sıra şöbələrində quraşdırılıb. Gələcəkdə onlar operatorun digər poçt şöbələrində də quraşdırılacaq.
Bundan əvvəl Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri və Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov deyib ki, yeni poçt qutuları iri şəhərlərdə və rayon mərkəzlərində yerləşdiriləcək.