...

Azərbaycan dövlət rabitə operatoru genişzolaqlı kabel şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 24 Oktyabr 2011 17:53 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyi Abşeron telekommmunikasiya qovşağı üzrə əsas istifadəçilər üçün ONU (Optical Network Unit) genişzolaqlı rabitə şəbəkəsini genişləndirir.
Azərbaycan dövlət rabitə operatoru genişzolaqlı kabel şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnilogiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Abşeron telekommmunikasiya qovşağı üzrə əsas istifadəçilər üçün ONU (Optical Network Unit) genişzolaqlı rabitə şəbəkəsini genişləndirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin məlumatında bildirilir.

Məlumata əsasən, optik şəbəkə bloku (Optical Network Unit - ONU) operator tərəfindən Xocasən qəsəbəsindəki telekommunikasiya qovşağında işə salınacaq. Bu da 768 abunəçi barədə məlumatın yüksəksürətli şəbəkəyə ötürülməsinə imkan verəcək.

ONU abunəçi avadanlığı "Ethernet" məlumat ötürülməsi texnologiyasında passiv optik şəbəkələrin optik siqnallarını (PON - Passive optical network) formalaşdırır. NGN texnologiyasına əsaslanan yeni şəbəkə operatora səs xidmətlərindən savayı, IP-TV, video-telefoniya, internet və digər multimedia, həmçinin 60-dan artıq şəbəkə xidmətinin yüksək keyfiyyətli səviyyədə göstərilməsinə imkan verir.

Xəbər lenti

Xəbər lenti