...

İsrail Azərbaycanda regional innovasiya zonasının yaradılmasında iştirak etməkdə maraqlıdır

Telekommunikasiya Materials 22 Noyabr 2011 14:58 (UTC +04:00)
İsrail Azərbaycanda regional innovasiya zonasının yaradılması layihəsində iştirak etməkdə maraqlıdır.
İsrail Azərbaycanda regional innovasiya zonasının yaradılmasında iştirak etməkdə maraqlıdır

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir H. Vəliyev/

İsrail Azərbaycanda regional innovasiya zonasının yaradılması layihəsində iştirak etməkdə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə İsrailin rabitə naziri Moşe Kahlon deyib.

"Azərbaycan və İsrail arasında əməkdaşlıq müxtəlifplanlı və çox genişdir. Məsələn, bu əməkdaşlıq IT sferası, kosmik və peyk texnologiyaları sahələridir. Bütün bu istiqamətlər inkişaf edəcək və möhkəmlənəcək" , - Kahlon bildirib.

Nazir İsrailin birinci şəxslərinin Azərbaycana səfərlərinin vacibliyini xüsusilə qeyd edib. Onun sözlərinə görə, bu, iki ölkə arasında münasibətlərin möhkəmlənməsində vacib göstəricidir.

"Ötən həftə İsrailin infrastruktur naziri Bakıda səfərdə olub. O, iki ölkənin infrastruktur və enerji sahələrində münasibətlərinin inkişafı üzrə bir sıra görüşlər keçirib. Sabah Bakıya təhsil naziri səfər edəcək. Azərbaycan və İsrail arasında hökumətlər səviyyəsində əməkdaşlıq çox vacib göstəricidir", - Kahlon qeyd edib.

Xəbər lenti

Xəbər lenti