...

Azərbaycanın kabel TV operatoru fəaliyyət zonasını genişləndirir

Telekommunikasiya Materials 5 Yanvar 2012 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 yanvar /Trend müxbir H.Vəliyev/

Azərbaycanın kabel televiziyası operatoru "Ailə TV" 2012-ci ilin sonuna qədər Bakı və Sumqayıt şəhərlərinin kabel televiziyası xidmətləri ilə tam əhatə olunması üzrə işləri başa çatdıracaq. Bu barədə cümə axşamı Trend-ə şirkətdən məlumat veriblər.

Şirkətin cari il üçün planlarına respublikanın iri şəhərlərində kabel televiziyası xidmətlərinin işə salınması da daxildir. Regional səviyyədə ilk dəfə olaraq operatorun xidməti Gəncə şəhərində işə salınacaq.

İlin sonuna qədər şirkətin planlarına, həmçinin kabel interneti xidmətlərinin əhatə zonasının genişləndirilməsi daxildir. Hazırda xidmət "Ailə Net" brendi altında göstərilir. Şəbəkəyə çıxış üçün optik-lifli xətdən istifadə edilir.

Xəbər lenti

Xəbər lenti