...

Azərbaycan Rabitə Nazirliyində İT təhlükəsizlik sisteminin tətbiqi üzrə işlər yazda başa çatacaq

Telekommunikasiya Materials 22 Fevral 2012 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend müxbir H.Vəliyev/

ABŞ-ın "Symantec" şirkətinin "Symantec Security Information Manager" (SSIM) sisteminin Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində tətbiqi üzrə işlər yaxın iki ayda başa çatacaq. Bu barədə çərşənbə günü Trend-ə AZEL şirkətinin Direktorlar Şurasının sədri Rasim İbrahimov bildirib.

"Biz bu gün informasiya təhlükəsizliyi sisteminin səviyyəsinin yüksəldilməsi məsələsi üzrə respublikanın bir çox idarələri ilə danışıqlar aparırıq. Bir çox idarələrin özləri təşəbbüs göstərirlər. "Elektron hökumət"in inkişafı informasiya təhlükəsizliyinin təmin edilməsi ilə paralel getməlidir", - İbrahimov qeyd edib.

Qeyd edək ki, SSIM sistemi mənfi halların qarşısının alınmasına yönəldilmiş operativ qərarlar qəbul etmək imkanını təqdim etməklə şəbəkədə baş verən bütün prosesləri müşahidə etməyə imkan verir. Sistem bütün baş verən hadisələri sənədləşdirməyə və onları bir neçə il ərzində saxlamağa imkan verir.

Xəbər lenti

Xəbər lenti