...

Azərbaycan bazarında "TeliaSonera"nın gəlirləri artıb

Telekommunikasiya Materials 19 Aprel 2012 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan bazarında yanvar-mart aylarında "TeliaSonera" şirkətinin satış həcmi ötən ilin analoji göstəricisi ilə müqayisədə 11 faiz artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin birinci rüb üzrə hesabatında deyilir.

"TeliaSonera"nın qiymətləndirməsinə əsasən, satışdan əldə edilən xalis gəlir 140 milyon İsveç kronu (SEK) (798 milyon SEK-dən 983 milyon SEK-ədək) artıb.

Azərbaycanda vergi və amortizasiya ödənişlərinin (EBITDA marja) hesablaşmalaradək faiz dərəcələri üzrə gəlir həcmi 2011-ci illə müqayisədə 50 faiz artıb.

"TeliaSonera"nın 74 faiz paya sahib olduğu "Fintur Holdings B. V"nin Azərbaycanın mobil rabitə operator olan "Azercell" şirkətində iştirak payı var.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, manatın İsveç kronasına qarşı məzənnəsi aprelin 19-da 1 İsveç kronu/0,1165 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti