...

135 "Azercell" abunəçisi "Eurovision 2012" müsabiqəsinin finalına bilet qazandı

Telekommunikasiya Materials 27 Aprel 2012 16:49 (UTC +04:00)
"Azercell Telekom" MMC-nin "Eurovision 2012" ərəfəsində start verdiyi "Şanslı billet" stimullaşdırıcı lotereya kampaniyasının birinci tirajı keçirilib.
135 "Azercell" abunəçisi "Eurovision 2012" müsabiqəsinin finalına bilet qazandı

Azərbaycan, Bakı, 27 aprel /Trend/

"Azercell Telekom" MMC-nin "Eurovision 2012" ərəfəsində start verdiyi "Şanslı billet" stimullaşdırıcı lotereya kampaniyasının birinci tirajı keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, ilk tirajda 135 nəfər "Azercell" abunəçisi "Eurovision 2012" finalına bilet qazanıb. Qeyd edək ki, "Şanslı bilet" stimullaşdırıcı lotereya kampaniyasına qoşulmaq çox asandır. Belə ki, sadəcə 29 manat ödəməklə Eurovision USB modemini alan abunəçilər "Azercell" nömrəsi vasitəsilə öz data kart nömrəsini qısa mesaj vasitəsilə 8222 nömrəsinə göndərərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirlər.

Lotereyanın qaliblərini müəyyən etmək məqsədi ilə "Azercell" tərəfindən daha 2 tiraj təşkil olunacaq (8 may və 22 may tarixlərində). Keçirilən tirajlarda mayın 26-da "Bakı Kristal Zalı"nda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin final konsertinə toplam 400 bilet oynanılacaq.

Qeyd edək ki, hər nömrə lotereyada bir dəfə iştirak edə bilər. Bundan əlavə, kampaniya çərçivəsində alınmış Eurovision USB modemlərinə hədiyyə olaraq cari və növbəti faktura dövrü ərzində hər faktura dövrü üçün 1 GB pulsuz mobil internet trafiki verilir. Əlavə hər 1 MB üçün abunəçi 0,02 manat (ƏDV daxil) ödəyir.

"Şanslı billet" stimullaşdırıcı lotereya kampaniyasına qoşulun və "Eurovision 2012" sevincini Azercell-lə birgə yaşayın.

Xəbər lenti

Xəbər lenti